Yaşar İrvül və Efe İrvülün prodüserliyini üzərinə götürdüyü serialın oxu məşqi gələn həftə keçiriləcək.

OLAY yazır ki, layihənin gənc ulduzlarından biri də artıq bəlli olub.

Gənc aktyor Ata Yaşat “Daha 17” serialı ilə razılaşıb. Ata Yaşat Nəsrin Cavadzadənin canlandırdığı Şebnemin əkiz övladlarından Teoman obrazını canlandıracaq və eyni zamanda Leylanın (Ceren Ayruk) da əkizi kimi tamaşaçı qarşısına çıxacaq.

İyun ayında yayımlanacaq serialın çəkilişləri ayın sonunda İstanbulda başlayacaq, aprelin əvvəlində isə Bodruma köçürüləcək.

Ata Nəsrinin oğlu olacaq