Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkələrdə tənqid olunan futbolçu Nəriman Axundzadənin müdafiəsinə qalxıb.
OLAY yazır ki, bununla bağlı o sosial media hesablarında paylaşım edib. Nərimanla fotosunu paylaşan aktyor bu sözləri yazıb:
““Bəzən hətta qələbədən sonra belə günahkar axtaranlar tapılır. Bu gün hamı “Qarabağ”ın gənc hücumçusu - Nəriman Axundzadənin üstünə gedir. Amma unutmayaq ki, onun cəmi 21 yaşı var. Cəmi 21! Bu yaş - yolun əvvəli, təcrübənin toplandığı, səhvlərdən öyrənilən və böyük qələbələrə aparan bir mərhələdir. Hər böyük futbolçu belə anlardan keçib. Məhz bu çətinliklər xarakteri möhkəmləndirir. Nərimanın isə hələ qarşıda vuracağı qolları, qazanacağı şöhrəti və böyük uğurları var. Bir oyun heç vaxt istedadlı futbolçunun taleyini müəyyən etmir. Unutma, əziz Nəriman, Çörçillin dediyi kimi, "heç vaxt, heç vaxt, heç vaxt təslim olma". Sən doğru yoldasan. Sən böyüyürsən. Sən güclənirsən.
Çətinliklər isə gələcək uğurlarına aparan bir mərhələdir. Dayı Bəhram səninlədir. Bu gün də, sabah da, həmişə. Sənə inanırıq!”.