Xalq artisti Brilliant Dadaşova duet ortağı Samir Bağırovla küsülü olması ilə bağlı yayılan iddialara cavab verib.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib.
Dadaşova “Bir müddətdir küsülü olduqları deyilən…” başlığı ilə paylaşılan videonu hekayə bölməsində yerləşdirib.
“Yazıya baxın. “Küsülü”? Nə vaxt? Heç xəbərimiz olmayıb”, - deyə, bildirib.