Narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə Qazaxıstanda saxlanılan 31 yaşlı reper Navai istintaq təcridxanasından azad edilib.
OLAY yazır ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirini dəyişib. KİV-in məlumatına əsasən, musiqiçi artıq Rusiyaya qayıtmaq üçün təyyarə ilə yola düşüb.
Daha sonra TASS yerli polis departamentinə istinadən işin “bəraət qazandırmayan əsaslarla” bağlandığını bildirib. Buna səbəb reperin hüquq pozuntusunu ilk dəfə törətməsi olub. Agentliyin məlumatında qeyd olunur ki, iş bağlandıqdan sonra reper Qazaxıstandan deportasiya edilib.
İlkin olaraq Navai barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş və həbs müddəti 14 dekabr 2026-cı ilədək müəyyən edilmişdi. Müdafiə tərəfi isə bu qərardan şikayət vermişdi.