Qazaxıstanda saxlanılan “Navai” ləqəbli azərbaycanlı reper Nəvai Bəkirov narkotik qaçaqmalçılığına cəhd işi üzrə iki ay müddətinə həbs edilib.
OLAY yazır ki, bu barədə Qazaxıstanın “Ak Jayık” nəşri məlumat yayıb.
Müvafiq qərarı Cambul vilayətinin Korday rayon məhkəməsi qəbul edib. İstintaq davam etdiyi müddətdə musiqiçinin istintaq təcridxanasında saxlanılacağı bildirilir.