Əməkdar artist Könül Kərimova və meyxana ustadı Namiq Qaraçuxurlunun yenidən bir araya gəlməsi maraq doğurub.

OLAY yazır ki, Moskvada keçirilən toy məclisində sənətçilər səhnəarxası görüntülərdən ibarət qısa videoçarxı sevənləri ilə bölüşüblər. Bu görüntülər onların yenidən əməkdaşlıq edib-etməyəcəyi ilə bağlı suallar yaradıb.

Qeyd edək ki, bir neçə həftə əvvəl Namiq Qaraçuxurlu duet ortağı Xalq artisti Aygün Kazımova ilə yeni layihəsini təqdim etmişdi.