Meyxanaçı Namiq Qaraçuxurlu “Zəfər günü” ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o zəfərdən sonra yazdığı şeiri instaqram səhifəsində paylaşaraq bu sözləri yazıb:

“Vətənin sınaq günündə şəhid və ya qazi ola bilməməyin xəcaləti qəlbimdə olsa da, o günlərdə xalqla eyni düşüncədə olmaq, eyni dildə danışmaq mənə təsəllidir. Doğum günümü Zəfər Günü edənlər mənə ömürlük hədiyyə bəxş etdilər. Zəfərdən sonra yazdığım bu şeiri paylaşmaq keçdi könlümdən. Təbrik edən hər kəsə təşəkkür edirəm və bu əziz gün münasibətilə mən də hər birinizi ürəkdən təbrik edirəm”.