Meyxanaçı Namiq Qaraçuxurlu xanımı ilə paylaşdığı fotodan danışıb.
OLAY yazır ki “Mədəni şou”ya qatılan sənətçi 14 il sonra ilk dəfə həyat yoldaşı ilə paylaşım etməsi ilə bağlı açıqlama verib:
“12 oktyabr bizim evliliyimizin 14 ili tamam olurdu. Başqa böyük bir səbəbi yox idi. İnsanın hərdən ürəyindən keçir hansısa xoşbəxtliyini paylaşmaq. Şəxsi həyatımın insanlara maraqlı olmasının bir səbəbi də qapalı olmağıdır. Mən haqqımda olan yanaşmaları öz uğurum kimi qəbul edirəm. Bəzən övladım ilə də bağlı paylaşım edirəm. Sevənlərim görsün sevinsin deyə”.