Türk müğənni Murat Dalkılıç keçmiş həyat yoldaşı Merve Boluğura görə ona ünvanlanan tənqidlərə sosial şəbəkə hesabında cavab verib.
OLAY yazır ki, bir istifadəçi Dalkılıçın aktrisa Özgü Kaya ilə münasibətini göz önündə yaşamasının Boluğuru narahat edə biləcəyini iddia edərək, Kayanın da baş verənlərdən dərs çıxarmalı olduğunu deyib.
Dalkılıç sözügedən rəyə laqeyd qalmayıb. Müğənni sosial şəbəkə hesabında etdiyi açıqlamada bu ifadələri işlədib: “Ah mənim gözəl insanım. Öz həyatınızdakı qəzəbi başqa insanların həyatının həqiqəti kimi qəbul edərək ört-basdır edirsiniz; sizin qurduğunuz hekayənin, təəssüf ki, mənim həyatımda zərrə qədər həqiqəti yoxdur. Mənim hekayəm sizin zənn etdiyiniz kimi deyil. Siz sürekli bilmədiyiniz bir şeyi uydurub durursunuz.
Hər insanın həyatında olduğu kimi, mən də 10 ildən sonra bir sağlamlıq problemi yaşadım. Üstündən bir ömür keçib. Çox şükür, bu fani həyatım məni çox şərəfləndirir. Ümid edirəm, sizi də mənim qədər şərəfləndirər. Mənə Allahın çubuğunun endiyi falan yoxdur, çox şükür, sevdiyi bəndəsiyəm. Üzbəüz gəldiyim hər kəsin üzündəki sevinç əvəzolunmazdır... Ümid edirəm, sizə də bu dərk qismət olar.
İnsan nə edirsə, özünə edir, bu başqasının ucbatından olmur. Başını gələnləri başqasının məsuliyyətinə yükləmək tək kəlmə ilə zəiflik və cahillikdir. Bu da təbii olaraq bədxahlığı doğurur; duyğunun öhdəsindən bir cür gələ bilmədiyi üçün insan başqa çarə tapa bilmir. Hörmət yalnız başqa baxış bucaqlarını da mənimsəməklə mümkündür. Yalnız tək perspektivdən baxan insana cahil deyilir, az təhsil alana deyil.
Mənim sizə məsləhətim: bu dünyada yetkin bir varlıq olmaq istəyirsinizsə, sizdən tələb olunmadığı təqdirdə başqalarının həyatı ilə bu qədər maraqlanmayın. Hər gün özünüzdən uzaqlaşarsınız. Unutmayın; özünüzü tapsanız, həqiqəti taparsınız. Bu dünyada hər şey bir vəsilədir; əsas olan o vəsilə ilə özünə nə qədər fərqindəlik qazandırdığın və gücləndiyindir.”