Türk müğənni Murat Dalkılıç jurnalistlərə müsahibə verib.

OLAY yazır ki, burnunda yaranan problemə görə yanvar ayında 13-cü dəfə əməliyyata girəcək olan müğənni bu sözləri deyib:

“2 ildir ki, yaşamadığım şeyləri yaşayıram. Əvvəllər çox suallar yaranırdı məndə, görəsən müğənniliyə davam edə biləcəmmi deyə. Sonra suallarımı özüm cavabladım. Bunun mənə Allah tərəfindən göndərilən bir hədiyyə olduğunu düşünürəm. İnsan zamanla hər şeyə alışır”.

Müğənni aktrisa sevgilisi Özgü Kaya ilə bağlı sualları isə “Çox gözəl münasibətimiz var, məncə biz çox yaxşı komanda yoldaşı olduq” -şəklində cavablayıb.

Murat Dalkılıç 13-cü dəfə burun əməliyyatı olacaq