Son dövrlərin ən aktiv konsert verən sənətçilərindən olan Murad Arif və Orxan Zeynallı nəhayət ki, bir layihədə bir araya gəlib.

OLAY yazır ki, sözləri və musiqisi Murad Arifə, rep hissəsi isə Orxan Zeynallıya məxsus olan yeni trek “ÜZR” adlanır. Mahnı üçün çəkilən klipin isə olduqca təsirli və “kino effekti” yaradan vizual üslubda olduğu bildirilir.

Ekran işinin rejissoru Delee Orucludur. Layihənin foto çəkilişləri isə İlqar Məhərrəmov tərəfindən həyata keçirilib.

“Üzr” mahnısının klipi aprelin 3-də təqdim olunacaq.

Murad Arif və Orxan Zeynallı eyni trekdə - Fotolar Murad Arif və Orxan Zeynallı eyni trekdə - Fotolar Murad Arif və Orxan Zeynallı eyni trekdə - Fotolar