28 yaşlı çinli milyoner model Ebbi Çoyun eks-həyat yoldaşı, 2023-cü ilin fevralında onu öldürən və qalıqlarını qazana dolduran 31 yaşlı Aleks Kvonq Honkonqda məhkəmə qarşısına çıxıb.

OLAY yazır ki, modelin keçmiş əri, onun qardaşı Entoni Kvonq və ataları Kvonq Kau Ebbi Çoyun qətlində təqsirləndirilirlər: təqsirləri sübuta yetirilərsə, onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Ebbi Çoy 2021-ci il fevralın 21-də itkin düşüb, iki gün sonra onun parçalanmış cəsədinin qalıqları Honkonqun Tay Po rayonundakı Lun Mey kəndində yerləşən evdə tapılıb. Müstəntiqlər elektrik mişarı və ətçəkən maşın aşkar ediblər, modelin qalıqları isə qazan və soyuducuda olub, kəllə sümüyü isə ayrı bir qazanda tapılıb. Bundan sonra hüquq-mühafizə orqanları Aleks Kvonqu Honkonqu tərk etməyə cəhd edərkən, daha sonra isə onun qardaşını və atasını həbs ediblər.

Modeli öldürüb, qalıqlarını qazanda gizlətmişdi… Modeli öldürüb, qalıqlarını qazanda gizlətmişdi… Modeli öldürüb, qalıqlarını qazanda gizlətmişdi…