Əməkdar artist Coşqun Rəhimov aktyor Rovan Atkinsonla bağlı mübahisəli açıqlama verib.

OLAY yazır ki, o, sənətçinin Mister Bin obrazından söz açaraq bunları söyləyib:

Axmaq bir vəziyyətdə tamaşaçını güldürən aktyordur - əgər ona aktyor demək olarsa. Ancaq Mister Bindir. Bunu onun canından çıxartmaq olmur. Bəlkə də, insan həyatda belədir. Çox bəsit, sadə vəziyyətdə elə gülüş yaradır ki, formanı itirmədən... Yəni beləsinə aktyor demirlər. "Mister Bin" tapılmış bir formanı ömür boyu eyni qəlibdə tamaşaçıya nümayiş etdirib. Biz bu insanı aktyor sənəti, aktyor məharəti olan bir insan kimi təqdim edə bilmərik".