Xalq artisti Miri Yusif Laçında konsert proqramı ilə çıxış edib.
OLAY yazır ki, konsert şəhər otellərinin birində baş tutub. Yeni il münasibətilə sevənləri ilə bir araya gələn Miri Yusif həm yeni, həm də illərdir sevilən hitlərini ifa edib.
Repertuarında "Ağ təyyarə”, "Karma” və "Sənin üçün” kimi məşhur mahnılar yer alıb.
Tamaşaçılar Miri Yusifin canlı ifasına böyük coşqu ilə qoşulublar və konsert boyu müğənni ilə birlikdə mahnılar səsləndiriblər.