Türkiyə televiziyalarının unudulmaz simalarından olan Reha Muhtarın vəfatından təxminən 2 ay keçərkən, geridə qoyduğu mal-mülk maraq mövzusuna çevrilib.

OLAY yazır ki, Muhtar İstanbul Boğazındakı yalısını, Yeniköydəki 2 evini, kirayə gəliri gətirən 3 mənzilini, xaricdəki daşınmaz əmlakını və bank hesablarındakı vəsaitini 3 övladı arasında bölüşdürüləcək.

66 yaşında vəfat edən jurnalistin varisləri arasında müğənni Nilüferlə birlikdə övladlığa götürdüyü Ayşe Nazlı Yumlu, eləcə də keçmiş həyat yoldaşı Deniz Uğurdan olan bioloji övladları Mina Deniz və Poyraz Deniz də yer alır.