96 yaşlı milyarder Uorren Baffetin üç övladı Syuzan, Hovard və Piter atalarının milyardlarla dollar dəyərində sərvətini necə idarə edəcəklərini bilmədiklərini açıqlayıblar.
OLAY yazır ki, 73 yaşlı Syuzan Baffet qardaşları ilə birlikdə 150 milyard dollardan çox olduğu bildirilən mirasla bağlı hələ qərar vermədiklərini etiraf edib. Onun sözlərinə görə, sərvət ümumi fond vasitəsilə idarə oluna və ya hər biri öz payına müstəqil şəkildə sərəncam verə bilər.
“Məsələ ilə bağlı hələ qərar verməmişik. Hələ bilmirik”, — deyə milyarderin qızı bildirib.
Qeyd edək ki, Uorren Baffet “Forbes” jurnalının qlobal milyarderlər reytinqində 10-cu yerdə qərarlaşır.