Kriştianu Ronaldo və Lionel Messi ilk dəfə eyni komandada çıxış edə bilərlər.
OLAY yazır ki, futbol tarixinin iki əfsanəsinin görüşü Buenos-Ayresdə keçiriləcək Karlos Tevesin vida matçında baş tuta bilər. Bildirilir ki, danışıqlar hələ ilkin mərhələdədir. Qarşılaşmanın 2026-cı ilin dekabrında keçirilməsi planlaşdırılır.
Karlos Teves vida matçına karyerası ərzində yolu kəsişən təxminən 60 futbol ulduzunu toplamaq istəyir. O, bir komandanı dostlarından, digərini isə keçmiş klub və milli komanda yoldaşlarından formalaşdırmağı planlaşdırır.