Amerikanın “Moda oskarları” olaraq bilinən “CFDA Fashion Awards” ötən axşam keçirilən tədbirdə sahiblərinə verildi.
OLAY yazır ki, hər il ABŞ moda dizaynerləri tərəfindən təşkil olunan tədbirə bir çox dünyaca məşhur sima qatılıb.
Məşhur model Amber Valletta gecəyə Donatella Versace ilə qatılıb. O bir zamanlar Cennifer Lopez tərəfindən məşhurlaşdırılan ikonik yaşıl “Versace” brendinə məxsus geyimi ilə qırmızı xalçada böyük diqqət çəkib.
Xatırladaq ki, həmin geyimi ilk dəfə 1999-cu ildə Amber podiumda geymişdi.