Türk müğənni Koray Avcı şəhər həyatını geridə qoyaraq daha sakit yaşam tərzi seçib.

OLAY yazır ki, atasından yadigar qalan qayığında yaşayan Avcı, xüsusilə ilin müəyyən dövrlərində Göcekdə dənizlə iç-içə həyat sürür.

“Dünyadan uzaq, təkbaşıma yaşayıram. Kənd və şəhər sakinləri ilə sıx ünsiyyətdəyəm. Bəzən bazarda birlikdə alış-veriş edirik, bəzən də yaylaqda birlikdə çay içib yemək yeyirik. Bu mənim arzum idi və artıq gerçəkləşib”, deyə sənətçi bildirib.

Məşhur müğənni dənizdə yaşamağa başladı