Kris Evans və həyat yoldaşı Alba Baptista ilk övladları dünyaya gəlib. Yeni doğulan körpə haqqında cinsiyyət, doğum tarixi və ad kimi detalları artıq bəllidir.

OLAY yazır ki, əvvəlcə 44 yaşlı “Marvel” və “Knives Out” ulduzu Evansla 28 yaşlı “Warrior Nun” aktrisasının körpələrinin oktyabrın 25-də, şənbə günü dünyaya gəldiyi bildirilmişdi. Lakin People nəşri yeni məlumat paylaşıb.

Mənbəyə görə, cütlüyün qız övladı dünyaya gəlib. Körpə oktyabrın 24-də, cümə günü doğulub.

Məlumata əsasən, Kris və Alba qızlarına Alma Qreys Baptista Evans (Alma Grace Baptista Evans) adını veriblər. TMZ yazır ki, körpə saat 13:27-də dünyaya gəlib.

“Onlar indi özəl ailə anlarını yaşayır, körpələri ilə birlikdə bu ilk günlərin sevincindən həzz alırlar,” – deyə mənbə bildirib.

Xatırladaq ki, Kris və Alba ən azı 2022-ci ildən birlikdədirlər və 2023-cü ilin yayında Massaçusetsdə, Boston yaxınlığındakı evlərində ulduzlarla dolu toy mərasimi keçiriblər. Cütlük 2024-cü ilin martında Oskar gecəsində ilk dəfə qırmızı xalçada birgə görünmüşdü.

Məşhur cütlüyün övladı dünyaya gəldi