Keçmiş puerto-rikolu boksçu Priçard Kolon ağır kəllə-beyin travmasının uzunmüddətli fəsadları nəticəsində 13 avqust 2026-cı ildə 33 yaşında vəfat edib.
OLAY yazır ki, onun ölümünü sosial şəbəkələrdə atası rəsmi şəkildə açıqlayıb.
Xatırladaq ki, idmançının karyerasını və həyatını yarıda qoyan faciə 10 ildən çox əvvəl baş verib və peşəkar boksda təhlükəsizlik qaydalarının dəyişdirilməsinə səbəb olub.