“Breaking Bad” serialında “Flynn” obrazını canlandıran RJ Mitte 34 yaşında vəfat edib.
OLAY yazır ki, məşhur aktyor intihar nəticəsində həyatını itirib.
RJ Mitte ekran işlərindən kənarda da əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və onların əyləncə sənayesində daha çox təmsil olunması üçün çalışıb. “Flynn” obrazı kimi, real həyatda da serebral ifliclə yaşayan aktyor “Breaking Bad” serialı sayəsində qazandığı tanınmışlıqdan bu sahədə maarifləndirmə yaratmaq üçün istifadə edib.
Hələ ötən il uzun müddətdir birlikdə olduğu Kennedi Suarezə evlilik təklifi etmiş və cütlük nişanlanmışdı.