Türk istehsalı "Behzat Ç." serialının məşhur aktyoru və Etimesgut bələdiyyə sədri Erdal Beşikçioğlu rüşvət və tender fırıldaqçılığı ittihamları ilə Ankara Batı Cümhuriyyət Baş prokurorluğu tərəfindən həbs edilib.
OLAY yazır ki, 40 nəfərlə birlikdə həbs olunan tanınmış aktyor ifadəsində bələdiyyə tenderlərində heç bir səlahiyyətinin olmadığını bildirərək yönəldilən bütün ittihamları rədd edib.