Türk müğənni Aslı Güngör ötən gün Bakıda konsert verib.

OLAY yazır ki, ifaçı Sevgililər günündə Heydər Əliyev Sraayında səhnə alıb.

Güngör gecədə 2000-lərin populyar mahnısı “Kalp kalbe karşı” ilə yanaşı, bir çox türk hitini və Azərbaycan əsərlərini də sələndirib.

O, “Ayrılıq, “Bu qala daşlı qala” kimi mahnılarımızı ifa edib.