Türkiyədə “Gezi Parkı” işi çərçivəsində mühakimə olunan aktrisa Ayşe Barımın təsis etdiyi “ID İletişim” agentliyində ayrılıqlar yaşanır.

OLAY yazır ki, agentliyin uzun müddətdir təmsil etdiyi aktyorlardan Hazal Kaya və Ali Atayın ardından Pınar Deniz və son olaraq Hande Erçel də menecment şirkəti ilə əməkdaşlığı dayandırıb. İndi isə həmin adlara daha biri əlavə olunub, aktyor Mert Yazıcıoğlu da Ayşe Barımdan ayrılıb.

Aktyor sosial media hesabından menecment şirkətinin adını silib. Lakin bu addımdan başqa, məsələ ilə bağlı hər hansı açıqlama verməyib.