Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl səkkizillik fasilədən sonra Hollivudda aktrisalıq karyerasını bərpa edib.
OLAY yazır ki, bu barədə xarici mediada xəbərlər yayılıb:
"Aktrisa xeyli təklif alıb. Şahzadə Harri də xanımını dəstəkləyir, o, Meqanın zövq aldığı işi görməsini istəyir. Bu, aktrisa üçün sevdiyi peşəyə qayıtmasını simvolizə edən əlamətdar bir hadisədir".
Məlumata görə, Markl noyabrın 5-də "Yaxın dostlar" filminin çəkiliş meydançasında görünüb.
Xatırladaq ki, aktrisa 2017-ci ildə Harri ilə ailə qurmazdan əvvəl karyerasını dayandırmışdı.