“Mən özümü gözəl hesab etmirəm. Kimsə mənə kompliment edəndə də utanıram. Əslində sevilməkdən də qorxuram”.
OLAY yazır ki, bu sözləri sosial media hesablarında müğənni Nura Suri yazıb. O, fikirlərinə bunları da əlavə edib:
“Qəribə xüsusiyyətlərim var. Ətrafımda da çox insan istəmirəm. Dostluğu az adamla edirəm. Dostlarımla da gec-gec görüşüb söhbətləşirəm.
Məni sənətimlə bağlı ruhdan salmaq istəyənlər də az deyil. Amma yeni mahnılar üzərində çalışıram. Bilmirəm hələ albom kimi çıxaracam, yoxsa single olaraq tək-tək, amma çox gözəl mahnılar hazırlayıram. Üstümə gəldikcə, məni ruhdan salmaq istədikcə, əslində mənə güc verir bəziləri. İnsanlardan uzaqlaşdıqca özümə və işimə daha çox vaxt ayırıram”.