Arabesk musiqisinin sevilən sənətçisi Güllünün ölümü ilə bağlı istintaq davam edir.

OLAY yazır ki, sənətçinin qızı Tuğyanın yaxın dostu Bircan Dülger, savcılığa ifadə verməyə çağırılıb və dedikləri gündəmə bomba kimi düşüb.

Dülger  ifadəsində “Güllünün yıxıldığına yox, qızı tərəfindən itildiyinə inanıram” deyərək diqqətçəkən açıqlama verib.

O, həmçinin dəfn mərasimindən sonra Tuğyan ilə arasında keçən bir dialoqu belə çatdırıb:

“Tuğyan mənə dedi ki, mən etdim, amma çox peşmanam”.

Bircan Dülger illər əvvəl də oxşar gərginliklərin yaşandığını bildirib:

“İllər öncə Tuğyan Güllü bacını mətbəx önlüyü ilə boğmağa çalışmışdı. Mənə zəng edib “Bu qadını öldürəcəyəm” demişdi”.

Dülgerin sözlərinə görə, Tuğyan hazırda evli və uşaqlı bir kişiylə münasibətdədir, bu səbəblə də ana və qız arasında tez-tez mübahisələr baş verirmiş.

Hətta bir gün Tuğyan ona belə deyib:

“Anamın maşınının əyləcini kəsim, uçuruma düşsün, nə edim?”