Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi çərçivəsində Media və kommunikasiya şöbəsi ləğv edilib.

OLAY APA-ya istinadən yazır ki, ləğv edilən şöbənin əvəzinə müstəqil Media ilə iş sektoru yaradılıb.

Həmçinin Nazirlikdə Kommunikasiya sektoru formalaşdırılıb.

Qeyd edək ki, ləğv edilən şöbənin müdiri vəzifəsini Aynur Kərimova icra edirdi.