Mayli Sayrus və Heyli Biber “Vogue World” tədbirində iştirak ediblər.
OLAY yazır ki, “Vogue World” məşhur Vogue jurnalının hər il təşkil etdiyi beynəlxalq moda və mədəniyyət tədbiridir. Los-Ancelesdə keçirilən gecədə bir çox ulduz iştirak edib.
Mayli Sayrus və Heyli Biber tədbirdə ön sıralarda yanaşı əyləşiblər. Hər iki məşhurun dəbli tərzi diqqət çəkib.