Mərhum müğənni Maykl Ceksonun ev heyvanı olan “Babbls” adlı şimpanzesi haqqında məlumat yayılıb.

OLAY yazır ki, Babbls hələ də sağdır. O, artıq uzun illərdir ABŞ-nin Florida ştatında yerləşən “Center for Great Apes” adlı sığınacaqda yaşayır.

Xatırladaq ki, Babbls bir vaxtlar Maykl Ceksonun ən məşhur ev heyvanlarından biri olub. Lakin Pop-kralın vəfatından sonra sığınacağa yerləşdirilib. Orada digər şimpanzelərlə birlikdə daha təbii və təhlükəsiz mühitdə yaşayır.

Maykl Ceksonun Babbls adlı şimpanzesinin başına nə gəldi?