Türkiyədə yayımlanan “MasterChef” yarışması ilə tanınan Eren Kaşıkçı Kilyosdakı evində ölü tapılıb.

OLAY yazır ki, Kaşıkçının şübhəli ölümü ilə bağlı İstanbul Baş Prokurorluğu araşdırma başladıb.

Hadisə saat 17:00 radələrində Kumköy məhəlləsində baş verib. İddiaya görə, aşpaz Eren Kaşıkçı dostu Mikail M. tərəfindən evində hərəkətsiz vəziyyətdə tapılıb.