Avroviziya qalibimiz Nigar Camalla Əməkdar artist Şölə Səfərəliyeva “Maska”dakı qalmaqaldan sonra ilk dəfə birgə görüntülənib.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçilər Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında baş tutan Xalq artisti Eldar Mansurovun yaradıcılıq axşamında səhnə alıb.

Onlar kulisdə bir yerdə olsalar da, salamlaşmayıb, hətta bir-birilərinə tərəf baxmaqdan belə qaçıblar.