Məşhur “Maska” filminin rejissoru Çak Rassel 74 yaşında ABŞ-də vəfat edib
OLAY yazır ki, filmin baş rol aktyoru Cim Kerri “Maska” Çak Rasselin vəfatı ilə bağlı başsağlığı verib. O bildirib ki, Rassel onun 1990-cı illərdə Hollivudun ən böyük ulduzlarından birinə çevrilməsində mühüm rol oynayıb.
“Mənim üçün “Maska” filminin çəkilişlərində Çak Rassellə işləmək böyük şərəf idi. O, çəkiliş meydançasında çox gözəl bir atmosfer yaratmışdı. Bütün aktyor heyəti və çəkiliş qrupu onun oyunsevər ruhundan təsirlənmiş və ilhamlanmışdı. Hər birimiz uzun illər bu unudulmaz və mənalı xatirənin bəhrəsini gördük. Təşəkkür edirəm, Çak” deyə, Cim Kerri bildirib.