“Manifest” qrupu İzmir konserti ilə Türkiyədə bütün dövrlərin ən sürətli bilet satışı rekordunu yeniləyib.
OLAY yazır ki, qrupun İzmirdə keçiriləcək konserti üçün cəmi 12 saat ərzində 55 min bilet satılıb. Bununla da “Manifest” ölkədə ən qısa müddətdə ən çox bilet satan ifaçı olub.
Qeyd edək ki, əvvəlki rekord Kanye Uestə məxsus olub. Onun konserti üçün 24 saat ərzində 38 min bilet, Madonnanın konserti üçün isə eyni müddətdə 25 min bilet satılıb.