Rusiyada xarici agent kimi tanınan məşhur komediyaçı Maksim Qalkin barədə yeni iddia gündəmə gəlib.
OLAY yazır ki, Federal Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin özünün Telegram kanalında Qalkinin terrorçular və ekstremistlər siyahısına salınması üçün müraciət hazırladığını açıqlayıb.
“Bu xain bir daha kimə xidmət etdiyini və kimə qulluq etdiyini göstərdi”, – deyə Borodin bildirib.