ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitlə olan münasibətlərini lağa qoyub.
OLAY yazır ki, Tramp bildirib ki, Bricit əri ilə yaxşı rəftar eləmir.
"Fransaya zəng etdim, Makronla danışdım, həyat yoldaşı ona çox pis davranır. O, hələ də üzünə vurulmuş şillədən özünə gələ bilmir", - deyə, Donald Tramp Ağ Evdə keçirdiyi görüşdə bildirib.
Qeyd edək ki, Bricit Makron 2025-ci ildə Hanoy hava limanında Fransanın rəsmi nümayəndə heyətinin təyyarəsi ilə görüş zamanı makrona şillə vurub. Təyyarənin qapısı açılarkən jurnalistlər 72 yaşlı Bricitin Makronun üzünə şillə vurduğu anı lentə alıblar.