Ulduz futbolçu Mahir Emreli mərhum dayısı oğlu ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Mahir mərhumla fotosunu paylaşaraq bunları yazıb:

“Bəlkə limanı tərk etməyi bilmədiyimiz üçündür bu qədər kədər, acı. Canımızı ağrıdanların hamısı canımız idi”.

Qeyd edək ki, Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb. Rayonun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.  Məlum olub ki, o, millimizin futbolçusu Mahir Emrelinin dayısı oğludur.

Mahirdən ölən dayısı oğlu ilə paylaşım