Dünyaca məşhur ulduz Madonna 29 yaşlı futbolçu Akim Morrislə gizli nişanlanıb.

OLAY yazır ki, bu barədə müğənninin ətrafında olan insanlar medyaya xəbər ötürüb.

 67 yaşlı müğənni artıq bir neçə ildir ki Akimlə münasibət yaşayır. Cütlüyün toy tarixi hələ açıqlanmasa da, onların bir neçə təntənəli məkanı gözdən keçirdiyi məlum olub. Bunların arasında İtaliya, Portuqaliya və ABŞ-də bir malikanə var.

Həmçinin onların nikah müqaviləsi tərtib edəcəyi və Akimin də  buna qarşı olmadığı qeyd olunub.

Madonna 29 yaşlı sevgilisi ilə evlənir Madonna 29 yaşlı sevgilisi ilə evlənir