Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qusar rayonunun Hil kənd məscidində olub.

OLAY yazır ki, o bununla bağlı instaqram hesabında paylaşım edib.

“Qusar rayonunun Hil kənd Məscidi 1908-1912-ci illərdə yerli sakinlərin ianələri hesabına inşa edilib. Çay daşı və çiy kərpicdən tikilən məscidin interyeri müxtəlif ornamentlərlə bəzədilib. Dəmir örtüklü damı və hündürlüyü 4 metr olan dörd dəmir minarəsi ilə seçilən bu ibadət ocağının daxili divarlarının bəzəkləri bu günədək öz rəngini qoruyub saxlayır”, - paylaşımda deyilir.

Leyla Əliyeva məsciddə - Fotolar Leyla Əliyeva məsciddə - Fotolar Leyla Əliyeva məsciddə - Fotolar