Məşhur rus müğənni Qrigori Leps gözlənilmədən imicini dəyişərək pərəstişkarlarını təəccübləndirib.

OLAY yazır ki, sənətçi sosial şəbəkələrdə yeni “Счастливая судьба” (“Xoşbəxt tale”) adlı mahnısının təqdimatına həsr olunmuş video yayımlayıb. Lakin istifadəçilərin diqqətini təkcə mahnı deyil, ifaçının yeni görünüşü də cəlb edib.

63 yaşlı müğənni kadra qara pencək və ağ köynəkdə çıxıb. O, obrazını iri gümüşü bilərzik, boynuna bağladığı yaylıq və mavi şüşəli dairəvi eynəklərlə tamamlayıb. Amma ən çox müzakirə olunan detal başının sol tərəfindəki hörük olub.