“Netflix”in əfsanəvi serialı “La Casa de Papel”in 6-cı sezonun çəkilməsi ilə bağlı iddialar yayılıb.

OLAY yazır ki, buna səbəb platformanın rəsmi səhifəsindəki paylaşımlar olub.

Belə ki, serialın anonsu verilib. Lakin bu postlar birmənalı qarşılanmayıb. Paylaşımların sözügedən serialın davam layihəsi olan “Berlin”in ikinci sezonuna işarə etdiyini düşünənlər də olub.

Həmçinim serialın premyerasında Professor obrazına həyat verən Alvaro Morata da yer alıb.