Türk müğənni Hadise uzun illərdir danışmadığı bacısı Hülya Açıkgözlə yaşadığı problem barədə ilk dəfə açıq danışıb.
OLAY yazır ki, bacısı ilə arasında baş verən fikir ayrılığının təfərrüatlarını açıqlaya bilməyən Hadise, bu məsələ ilə bağlı qarşılıqlı razılaşmalarının olduğunu bildirib. Sənətçi bunları danışarkən göz yaşlarına hakim ola bilməyib.
“Aramızda bir fikir ayrılığı yaşandı, amma bu barədə danışa bilmirəm. Çünki aramızda bu mövzuları danışmamaq barədə razılaşma var. Artıq danışmırıq, amma onu sevirəm” deyə, Hadise bildirib.