“Krosna” qrupunun solisti Seymur Allahverdiyev vəfat edib.

OLAY yazır ki, sənətçi ötən gün dənizdə batıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə meyiti aşkarlanıb.

Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.