Birləşmiş Krallıqda yayımlanan bir radio stansiyası Kral III. Çarlzın ölümünü elan edib.
OLAY yazır ki, bundan sonra yayımlanan “Radio Caroline” birdən-birə kəsilib. Ardından aparıcılar, normal yayımların dayandırıldığını elan edərək “Tanrı Kralı Qorusun” marşını səsləndirdilər. Təxminən 15 dəqiqə səssiz qalan stansiya daha sonra yayımına geri dönərək dinləyicilərdən üzr istəyib.
Stansiya müdiri Peter Mur hadisənin bir “kompüter səhvi” səbəbindən baş verdiyini açıqlayıb.
“Kral Çarlz öldü” - Nə baş verir?