Meqastar Tarkanın Bakı konserti maraqlı anlarla yadda qalıb.

Xüsusilə də bir pərəstişkarının səhnəyə çıxaraq onunla foto çəkdirməsi maraqla qarşılanıb.  Həmin xanımın kimliyi isə sosial şəbəkələrdə sual doğurub. 

OLAY-ın məlumatına görə, Lalə adlı xanımın özü də müğənnidir. Türk vətəndaşı ilə evli olan ifaçı həmçinin blogerliklə məşğulduq. 

O özü də instaqramda paylaşım edərək bir xəyalının gerçək olduğunu söyləyib.