Müğənni Azad Şabanov ötən gün Zəfər Günü konsertinə çatmaq üçün maraqlı addım atıb.
OLAY yazır ki, Azad paytaxtdakı tıxaca görə məkana motosikletlə gedib.
Konsertdən sonra toya getməli olan Şabanov yenə eyni üsuldan istifadə edib.
Bu anları instaqramda paylaşan sənətçi “Qələbə bayramında çıxış etmək üçün hər bir riski gözə almağa hazıram — bu, mənim üçün ehtiram və şərəfdir. Səhnəyə olan sevgim heç bir sərhəd tanımır” , - deyə, bildirib.