Bir zamanlar sevgili olan müğənnilər Demi Lovato və Co Conas onları illər əvvəl bir araya gətirən “Camp Rock” filminin üçüncü hissəsində də birlikdə rol alıblar.

OLAY yazır ki, onlar filmin dünən axşam keçirilən qala gecəsində birlikdə fotoqraflara poza veriblər.

Gənclər və musiqi janrında olan “Camp Rock 3” üçün yenidən bir araya gələn keçmiş cütlük 2007-ci ildə, hər ikisinin şöhrətinin yeni yüksəldiyi dövrdə seriyanın ilk filmində rol alarkən tanış olub.

2010-cu ildə uzun müddət davam edən şayiələrdən sonra onların sevgili olduğu təsdiqlənib, həmin ilin sonlarına doğru isə münasibətləri sona çatıb.

Köhnə sevgilililər illər sonra bir arada Köhnə sevgilililər illər sonra bir arada Köhnə sevgilililər illər sonra bir arada