Türk istehsalı “Kızılcık Şerbeti” serialında “Nursema” obrazını canlandıran Ceren Karakoç serialdan çıxarılması barədə danışıb.

OLAY yazır ki, Karakoç açıqlamasında bunları deyib:

“Qəza nəticəsində öldürüləcəyimi bilmirdim. Prodüserim mənə ‘Növbəti mövsümdə davam edirik, görüşərik’ dedi. Hər şeylə bağlı razılığa gəldik və mən tətilə çıxdım. Daha sonra məni prodüser şirkətindən zəng edərək təcili çağırdılar. Həqiqəti orada anladım. Mənimlə yollarını ayırdılar.”