Formula 1 ulduzu Lyuis Hemilton Kim Kardaşyanla eşq yaşamağa başlayıb.
OLAY yazır ki, bu barədə Britaniya mətbuatında məlumat yayılıb. Bildirilib ki, Kardaşyan və Lyuis Hemilton 2026-cı ili Aspen şəhərində, Keyt Hadsonun Yeni ili məclisində birlikdə qarşılayıblar.
Daha sonra cütlük Parisdə eyni hotelə daxil olarkən görüntülənib. Britaniya mətbuatı onların “gizli münasibətdə” olduğunu iddia edir.
Qeyd edək ki, Lyuis Hemiltonun 2015-ci ildə Kendall Cennerlə eşq yaşadığı barədə xəbərlər yayılmışdı.